ABŞ və digər G7 ölkələri növbəti onillikdə müdafiəyə 10 trilyon dollardan çox vəsait xərcləyə bilər.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
“Ola bilsin ki, Qərb ölkələri NATO planlarını həyata keçirmək üçün “soyuq müharibə” dövründəki hərbi xərcləri ÜDM-in 4 faizi həcmində təkrar etsin. Əgər ABŞ və onun G7 müttəfiqləri bu səviyyəyə çatsa, bu, növbəti onillikdə 10 trilyon dollardan çox əlavə öhdəliklər deməkdir”, – nəşr yazır.
“Bloomberg” hesab edir ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyat zonasındakı uğurları o deməkdir ki, ABŞ və onun müttəfiqləri Şərqi Avropada müdafiə qabiliyyətini kəskin şəkildə gücləndirməlidir: “Rusiya ilə əməkdaşlıq edən Çinin müdafiə xərclərinin 2024-cü ildə 7,2 faiz artaraq beş ilin ən yüksək səviyyəsinə çatacağı gözlənilir. Bir çox Qərb ölkələri üçün bu tendensiya dövlət borcunu artırmaq və ya əhaliyə vergiləri artırmaq arasında seçim etmək zərurəti deməkdir, çünki COVID-19 pandemiyasından sonra onların öz vəsaitləri azdır”.
Azpost.info