G7 ölkələri Ukraynaya 44 milyard ayıracaq- Razılıq əldə olundu

ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya və onların tərəfdaşları 2024-cü ilin əvvəlinə qədər Ukraynaya dəstək öhdəliklərini 44 milyard dollara çatdırıblar.

Azpost.info xəbər verir ki, bu barədə G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinin qəbul etdikləri birgə bəyanatda deyilir.

Görüşün sonunda qəbul edilmiş sənəddə G7 rəsmiləri vurğulayıblar ki, bu dəstək Kiyevə hökumətin fəaliyyətini təmin etməyə, əsas xidmətləri göstərməyə, infrastrukturu bərpa etməyə və iqtisadiyyatı sabitləşdirməyə imkan verir.

“Beynəlxalq ictimaiyyətlə birlikdə biz 2023-cü il və 2024-cü ilin əvvəli üçün Ukraynaya büdcə və iqtisadi dəstək üzrə öhdəliyimizi 44 milyard dollara qədər artırdıq. Bu da bizə Beynəlxalq Valyuta Fondunun Ukrayna üçün 15,6 milyard dollardan çox məbləğdə proqramını təsdiqləməyə imkan verdi”- G7-nin açıqlamasında bildirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.