Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

Garden İnn otelində oğurluq

Orkhan Ali 02 İyun 2025 - 15:52 (Last updated: 02 İyun 2025 - 15:47)
Garden İnn

Garden İnn

Bakıda fəaliyyət göstərən “Garden İnn” otelində oğurluq olub.
Qaynarinfo-nun məlumatına görə, hadisə otelin 501-ci nömrəli otağında baş verib. Həmin otaq Niderland Krallığının vətəndaşına məxsus olub.
Hadisəni törədənlər (müəyyən səbəblərdən adlarını açıqlamırıq) əcnəbi vətəndaşı əvvəldən tanıyıblar. Bu baxımdan onları yaxalamaq çətin olmayıb.
Həmin şəxslər polis tərəfindən saxlanıldıqdan sonra onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barələrində məhkəmənin qərarı ilə həbs qətimkan təbdiri seçilib. İstintaq prosesində həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəzlənib.
Cinayət işinin məhkəmə istintaqı Səbail Rayon Məhkəməsində aparılıb. Məlum olub ki, Niderland Krallığının vətəndaşı hadisəni törədənlərlə Bakıda tanış olub. Əcnəbi turist “Tarqovı”da gəzişərəkən onlardan biri ona yaxınlaşaraq özünü bələdçi kimi təqdim edib. Niderland Krallığının vətəndaşı onun bələdçiliyinə razılaşıb.
Onlar “Enjoy” kluba gediblər. Orada ərəb əsilli turistlərlə dalaşıblar. Əraziyə polis gəlib. Həmin vaxt əcnəbi vətəndaş “bələdçiyə” oteldəki otağının açarını verib. “Bələdçi”nin tanışı yanında olub. Onlar otelə gedərək əcnəbi vətəndaşın 800 avro pulunu oğurlayıblar. Niderland vətəndaşının polisə müraciətindən sonra hər iki şəxs saxlanılıb.
Məhkəmə istintaqı zamanı onlar verilmiş ittiham üzrə özlərini təqsirli biliblər. Hakim Şəhla Süleymanovanın çıxarıdığı hökmə əsasən hadisəni törədənlərindən birinə 2 il müddətinə, digərinə isə 2 il 6 müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Hər iki şəxsin həbsdə saxlanıldığı 6 ay 17 gün müddət 1 günə 2 gün hesablanmaqla verilən cəzalardan çıxılıb və onların üzərində müvafiq olaraq 10 ay 26 gün və 1 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

AzPost.az

Post navigation

Previous: Eldar Mahmudov şəxsiyyət vəsiqəsi ala bilmir
Next: “Qaçqınkomdan” “Çörəkpulu” ilə bağlı AÇIQLAMA

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.