Gecə Lerikə sel gəlib, kənd təsərrüfatına ciddi ziyan dəyib –

FOTO
19 İyul 2021 - 13:44

Lerik rayonunda sel təsərrüfata böyük ziyan vurub.

Gecə saatlarında gələn sel əsasən 15 kəndin təsərrüfatına ziyan vurub. 300-dən yuxarı arı ailəsi, 10-dan yuxarı mal-qara, çoxlu sayda ev quşları tələf olub. Kələxan kənd sakininə məxsus evin bir divarı uçub.

Hazırda FHN-nin xüsusi komissiyası ərazilərə baxış keçirir. Kəndarası yollar, elektrik enerjisi təsərrüfatı və qaz təchizatı bərpa olunur.