Şəkidə 17 yaşlı yeniyetmə özünü asıb

Şəkidə məktəbi yeni bitirmiş oğlan intihar edib.

Hadisə ötən gün Şəki şəhər ərazisindəki köhnə tikilinin qazanxanasında qeydə alınıb. Belə ki, Şəki şəhər sakini, 17 yaşlı Emil Rəsulovun meyiti qazanxanada asılı vəziyyətdə aşkar edilib.

Qeyd edək ki, E. Rəsulov Şəki şəhər 8 saylı tam orta məktəbdə oxuyub, o, bu ilin məzunudur. 17 yaşlı gəncin hansı səbəbdən intihar etməsi hələ məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah dənizdə suyun temperaturu 28 dərəcəyə çatacaq –

Sonrakı məqalə

Gecə Lerikə sel gəlib, kənd təsərrüfatına ciddi ziyan dəyib –