“Narkotik satan prokuror oğlu deyil” –RƏSMİ TƏKZİB

Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunun narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Quba rayon prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.

“Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəssüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır”, – mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün rayon ərazisində keçirilən əməliyyat zamanı “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən ələ keçirilib. Məlumatda deyilir ki, Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gecə Lerikə sel gəlib, kənd təsərrüfatına ciddi ziyan dəyib –

Sonrakı məqalə

Sumqayıtda 8 şadlıq sarayı cərimələndi-