“Rusiyadan gedən vətəndaşların geri qayıtma tendensiyası var və bu, sevindirməyə bilməz”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
Putin qeyd edib ki, gedən bir çox rusiyalılarda öz vətənlərinə mənsubluq hissi oyanıb və buna görə də onlar qayıdıb öz ölkələri üçün işləmək qərarına gəliblər.
“Bu çox vacibdir. Aidiyyət hissi, baş verənləri dərk etmək, öz vətəninə mənsub olmaq…”, – Putin bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Rusiya bazarı cəlbediciləşdikcə xaricə gedən ruslar geri qayıdacaqlar. Ölkənin düşməninə çevrilənlərə isə Rusiyada yer yoxdur.
Azpost.info