Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Gənc aktyorlar rayon teatrlarında işləməkdən niyə qaçırlar?

User 05 Aprel 2025 - 21:33 (Last updated: 21 May 2025 - 20:15)
teatr
Bu günlərdə ölkənin bir sıra teatrlarına baş rejissorlar, rəhbərlər təyin olunub. 
Stanislavski deyirdi ki, “teatr asılqandan başlanır”.
Teatr həm də aktyorlardan başlanır.
Paytaxt teatrlarının yaradıcı kollektivlərində öz ixtisasının nəzəri və praktiki bilən aktyorlar var.
Amma rayon teatrlarında bununla bağlı vəziyyət dramatikdir.
Bu günlərdə rayon teatrlarının zəif repertuarı və çağdaş trendlərlə ayaqlaşa bilməməsi barədə bir sıra yazıları oxudum.
Rayon teatrlarından böyük uğur gözləyənlər nədənsə bu sənət məbədlərinin peşəkar aktyor baxımından nə qədər əziyyət çəkdiklərini gözardı edirlər.
Mədəniyyət Universitetinin aktyorluq ixtisasını bitirənlər Bakıda qalmaq üçün min yola əl atırlar, amma rayon teatrına getmək istəmirlər.
Niyə?
Yəqin paytaxtın parıltlı həyatında pespektiv və karyeraya ümid edirlər. Necə deyərlər “Paytaxtda beşinci olmaq, əyalətdə birinci olmaqdan yaxşıdır” prinsipi…
Amma…axı bütövlükdə teatr və mədəniyyətimiz uduzur.
Sovet dövründə Azərbaycan teatrında Şəki, Lənkəran, Ağdam və digər dram teatrlarının gözəl təcrübələri var idi.
Lənkəran Dövlət Dram Teatrının “Nikbin faciə”, “Ölülər” və digər tamaşaları televizyanın “Qızıl Fondu”na düşmüşdü…
Çünki bu teatrlarda aktyor heyəti güclü idi…
Şəki teatrında Vaqif Abbasov, Lənkəranda Baba Rzayev və digərləri səhnədə peşəkar aktyor heyəti formalaşdırmışdılar.
İncəsənət Universitetini bitirənlər təyinatla rayon teatrlarına göndərilirdi.
Baza yaranırdı.
Amma bu sistem ləğv ediləndən sonra rayon teatrları həvəskar və istedadlı uşaqların çiyinində qalıb.
Bu gün də həmin teatrlarda aparıcı xətt həmin dövrdə formalaşmış peşəkar aktyorların üzərindədir.
Mən bəzi rayon teatrlarının aktyorları ilə görüşüm olub. Çox istedadlı gənclər var. Amma…onların əksəriyyəti ixtisası üzrə ali təhlsil almayıb, oxumayıblar. Ən müxtəlif sahələr üzrə oxuyan bu istedadlı gənclərin içindəki aktyorluq həvəsi onları teatra gətirib.
Axı nəzəri biliklər, məşhur teatr rejissorlarının və pedaqoqlarının rəhbərliyi altında bu ixtisasın incəliklərini öyrənmək də mühümdür.
Mədəniyyət Nazirliyi ali təhsilli aktyorları rayonlara işləməyə göndərə bilmir, yerlərdə isə həvəskarlar öz istedadları ilə bu işi aparır.
Bunun bir yolu tapılmalıdır.
Həmin həvəskar və istedadlı gəncləri Mədəniyyət Universiteti ya öz siniflərinə qəbul etməlidir, ya da nazirlik onların aktyor təhsili alması üçün bir “yol xəritəsi” qurmalıdır.
Məncə, bu, rayonlarda teatr səhnələrində peşəkar aktyor heyətinin formalaşmasına böyük kömək edə bilər.
Xaqani SƏFƏROĞLU

Post navigation

Previous: Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir
Next: “iPhone”lar 2 dəfə laşa bilər

Oxşar xəbərlər

luqet kembric
  • Mədəniyyət

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı

User 18 Noyabr 2026 - 13:14
WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52

xƏBƏR

mekke-sazisi
  • Dünya

ran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
İran parlamenti ölkənin Məkkə Paktına – birgə müdafiə sazişinə qoşulmasını nəzərdə tutan qanun layihəsinə düzəlişləri təsdiqləyib. Bu...
Read more about ran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi
Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00
Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi? paşinyan
  • Dünya

Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi?

User 18 Noyabr 2026 - 16:57
Putin və Tramp Çində ayaqüstü söhbət edib – VİDEO putin tramp
  • Dünya

Putin və Tramp Çində ayaqüstü söhbət edib – VİDEO

User 18 Noyabr 2026 - 16:42
Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb? eliller
  • Baş Yazı

Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?

User 18 Noyabr 2026 - 15:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.