Gender zorakılığına qarşı layihənin icrası yekunlaşıb

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsinin icrasını yekunlaşdırıb.

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsinin icrasını yekunlaşdırıb. Belə ki, layihə çərçivəsində Gəncə, Göygöl, Beyləqan, Saatlı və Zaqatala rayonlarında maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərdə RİH-lərinin məsul əməkdaşları, psixoloqlar, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Məlumat üçün qeyd edək ki, sözü gedən layihənin əsas məqsədi gender əsaslı zorakılığın qarşısını almaq, zorakılığa məruz qalmış şəxslərə sosial, hüquqi və psixoloji dəstək göstərmək idi.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.