General Polad Həşimov haqqında kitab çap olunub –

FOTO
03 Avqust 2020 - 15:24

Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimov haqqında kitab hazırlanıb.

Bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sosial şəbəkədə yazıb.

“Polad Generalımız” adlı kitab “Qanun” nəşriyyatı tərəfindən çap olunub. “Kitabı sabahdan nəşriyyatdan əldə edə bilərsiz. Kitabı 2000 ədəd tam rəngli nəşr etdik, pulsuzdur. Çox istərdim ki, məktəblilər, gənclər əldə etsin”, – Ş. Xuduoğlu o qeyd edib.