Geosiyasi vəziyyət dəyişir: Blinken ard-arda 3 ölkəyə niyə gedir?

ABŞ dövlət katibi Antoni Blinken 4-9 yanvar tarixləri arasında Koreya Respublikası, Yaponiya və Fransaya səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Blinken Koreya Respublikasında bir sıra dövlət rəsmiləri ilə görüşəcək və bu görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin azad, açıq və çiçəklənən Hind-Sakit okean regionunun təşviqi məsələlərini müzakirə edəcək.

Blinkenin Yaponiyada iki ölkə arasında müttəfiqlik münasibətlərində irəliləyişi, həmçinin bir sıra ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə etməyi planlaşdırdığı bildirilir.

Bəyanatda Fransa hökumət nümayəndələri ilə təmaslar zamanı Blinkenin Avropa, Yaxın Şərq və ondan kənarda olan hadisələri müzakirə dəcəyi bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.