Rusiyanın müstəqil KİV-lərinin jurnalistləri və ictimai xadimləri Yekaterinburqda həbs edilmiş “The Wall Street Journal”ın amerikalı müxbiri Evan Qerşkoviçin azad edilməsinə çağıran açıq məktub dərc ediblər.
Azpost.info xəbər verir ki, məktub müəllifləri Rusiya FTX-nin Qerşkoviçə qarşı irəli sürdüyü casusluq ittihamlarını əsassız hesab edirək onlara etibar etmədiklərini bildiriblər: “FTX iddia edir ki, Gerşkoviç guya ABŞ-dan gələn göstərişlər əsasında hərəkət edib və müəssisələrdən birinin fəaliyyəti ilə bağlı dövlət sirri sayılan məlumatları toplayıb. Lakin bu bəyanat heç nə ilə təsdiqlənmir”.
Jurnalistlər yeni “casus” işinin hallarının əvvəllər dövlətə xəyanətdə ittiham olunaraq məhkum olunmuş jurnalist İvan Safronovun işi ilə oxşarlığını qeyd edirlər. Məktub müəlliflərinin sözlərinə görə, Safronov dövlətə xəyanətə görə yox, jurnalist fəaliyyətinə görə məhkum edilib: “Jurnalistlərə qarşı iki iş arasındakı bu oxşarlıq Evan Herşkovitsə qarşı irəli sürülən ittihamların etibarlılığını şübhə altına alır”.
Məktubda həmçinin Rusiyada işləməyə davam edərək risk alan xarici müxbirlərə dəstək ifadə edilir.
Məktubu imzalayanlar arasında Sergey Parxomenko, Aleksandr Plyuşev, Janna Nemtsova, Mixail Zıqar, Qalina Timçenko, Tixon Dzyadko, Sergey Smirnov, Lyubov Sobol və digər müstəqil media rəhbərləri və jurnalistləri və ictimai xadimlər var.
Azpost.info