Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklikləri təsdiq edib.
Azpost.info bildirir dövlət başçısı bununla bağlı Fərman imzalayıb.
Fərmanda qeyd olunur ki,
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 57-ci maddəsinin birinci hissəsinin “e” bəndinə əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş, orta ixtisas və ya natamam ali təhsilli olmayan, lakin tam orta təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “kiçik leytenant” hərbi rütbəsinin verilməsi 2028-ci il dekabrın 31-dək həyata keçirilir.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 dekabr tarixli 1088-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etməlidir.