“Gmail”in 183 milyon istifadəçisinin parolu ələ keçirilib

İnternet
İnternet

Gmail” istifadəçilərinə milyonlarla hesabın təhlükə altında olması ilə bağlı təcili xəbərdarlıq edilib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, 183 milyona yaxın e-poçt hesabı və onlara aid parollar internetdə sızdırılıb. Məlumat sızması kibercinayətkarlara yalnız e-poçt hesablarına deyil, həm də “Gmail” vasitəsilə qoşulmuş digər onlayn hesab və xidmətlərə daxil olmaq imkanı verə bilər.

Hadisə bu ilin aprel ayında baş verib, lakin yaxın günlərdə məlumat sızmalarını izləyən “Have I Been Pwned” platforması tərəfindən qeydə alınıb.

Saytın yaradıcısı Troy Hunt bildirib ki, sızan məlumatlar internetin müxtəlif mənbələrindən toplanaraq daha geniş bir haker hücumunun tərkib hissəsini təşkil edib. Mütəxəssislər istifadəçilərə dərhal “Gmail” parollarını dəyişməyi və iki mərhələli identifikasiya sistemini aktivləşdirməyi tövsiyə edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.