Gögöl rayonunun sabiq icra başçısı vəfat edib

10 Fevral 2021 - 13:08
Göygöl Rayon (keçmiş Xanlar rayonu) İcra Hakimiyyətinin sabiq başçısı Pənah Məmmədov vəfat edib.
“Report” xəbər verir ki, o, 62 yaşında ürəktutmadan dünyasını dəyişib.
P.Məmmədov yaşadığı Gəncə şəhərindəki qəbiristanlıqda dəfn olunub.
Qeyd edək ki, Pənah Mustafa oğlu Məmmədov 1992-1993-cü illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı olub.