Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Gömrük Komitəsinin “avtoşluq” edən vəzifəli şəxsi: “Yeyib-içməyə tələsirəm”

Orkhan Ali 10 Mart 2025 - 15:51 (Last updated: 21 May 2025 - 20:15)
Məhkəmə

Məhkəmə

Dövlət Gömrük Komitəsinin (DGK) “avtoşluq” edən vəzifəli şəxsi saxlanılıb.  Qaynarinfo-nun məlumatına görə, 1980-ci il təvəllüdlü, Dövlət Gömrük Komitəsində müfəttiş işləyən S.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı 6 mart 2025-ci il tarixdə, saat 21.00 radələrində Astara şəhərində “Mercedes” markalı avtomobili insanların sıx olduğu ərazidə sürətlə idarə edib.
O, dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Dərhal hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları çağırılıb. Bu zaman şəxs aqressivlik nümayiş etdirərək “sizin məni saxlamaq hüququnuz yoxdur, sizə nə lazımdır”, “gedin işinizlə məşğul olun, yeyib-içməyə tələsirəm” kimi ifadələr işlədib.
S.F. məhkəmədə avtomobili yüksək sürətlə idarə etdiyini təsdiqləyib: “İşdən gec çıxdığım üçün yorğun idim. Əsəblərimə hakim ola bilmədiyimdən sözügedən hadisə baş verdi”.
S.F. bir daha belə hərəkətlərə yol verməyəcəyini, bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə S.F. 200 manat məbləğində cərimə edilib.

Post navigation

Previous: 1200 yaşlı qızılla yazılmış Tövratı satarkən tutuldu
Next: Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir –

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.