1200 yaşlı qızılla yazılmış Tövratı satarkən tutuldu- ANBAAN VİDEO

Tövrat
Tövrat

1200 yaşlı qızılla yazılmış Tövratı satarkən tutuldu.

İstanbulda Eyüpsultan İlçe Jandarma Komandirliyi tarixi əsərləri xaricə satmaq üçün müştərilər axtaran şəbəkəyə qarşı əməliyyat keçirib. AzPost DHA-ya istinadla xəbər verir ki, üç fərqli ünvanda həyata keçirilən əməliyyatda Roma dövrünə aid 1200 illik, 2 metr uzunluğunda və 15 santimetr enində dəri üzərində qızılla yazılmış Tövrat, Qədim Yunanıstan Pontus Amisos dövrünə aid 550, Bizans dövrünə aid 51 sikkə ələ keçirilib. Əməliyyat zamanı Tövratı 1,5 milyon dollara satmağa cəhd edən 3 şübhəli olmaqla ümumilikdə 6 nəfər saxlanılıb.

Əməliyyat zamanı saxlanılan 6 şübhəlinin ifadələri alınaraq məhkəmə prosesləri tamamlandıqdan sonra ədliyyəyə göndərilib. Məhkəməyə çıxarılan 6 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Şübhəlilərin Tövratı 1,5 milyon dollara satmağa çalışdıqları öyrənilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.