Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Google” 100-dən çox dizayneri işdən çıxarıb

User 04 Oktyabr 2025 - 10:35 (Last updated: 04 Oktyabr 2025 - 10:35)
googlee

“Google” dizayn sahəsində 100-dən çox iş yerini ixtisar edib. Hesabata görə, bu həftənin əvvəlində bulud texnologiyaları bölməsinin “istifadəçi təcrübəsinin kəmiyyət tədqiqatları” və “platformalar və xidmətlərlə iş təcrübəsi” şöbələrində, eləcə də bir sıra digər şöbələrdə çalışan əməkdaşlar ixtisar edilib.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bu mövqelər adətən istifadəçi davranışını başa düşmək və məhsul dizaynını formalaşdırmaq üçün məlumatlardan, sorğulardan və digər alətlərdən istifadəni nəzərdə tutur. Hesabatda əlavə olunur ki, bulud texnologiyalarının inkişafı üzrə bəzi komandalar yarıya endirilib, ixtisarların çoxu ABŞ-da işləyən əməkdaşlara aid olub.

Hesabata görə, bəzi işçilərə “Google”da başqa vəzifə tapmaq üçün dekabrın əvvəlinə qədər vaxt verilib. Bu ixtisarlar “Google”un süni intellekt infrastrukturuna investisiyaların artması ilə bağlı daha geniş dəyişikliklərin bir hissəsidir. Keçən ay “Wired” jurnalı “Gemini” və “AI Overviews” kimi süni intellekt alətləri üzərində işləyən 200-dən çox podratçının işdən çıxarıldığını bildirdi.

Həmin məlumatda əməkhaqqı və iş şəraiti ilə bağlı gərgin münasibətlər qeyd edilib. Bəzi əməkdaşlar hesab edirlər ki, işdən çıxarılma qismən aşağı əməkhaqqı və iş yerlərindəki qeyri-müəyyənliyə etirazları sakitləşdirmək məqsədi daşıyır.

Hələ fevral ayında “Google” bulud hesablama bölməsində çalışan əməkdaşları “biznesimiz üçün kritik və uzunmüddətli uğurumuzu təmin edən” kimi təsvir edilən sahələrə diqqət yetirmək üçün işdən çıxarmışdı.

AzPost.az

Post navigation

Previous: İsrail Qəzzada əməliyyatları dayandırdı
Next: Ötən gün 25 kq-a yaxın narkotik ələ keçib

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.