“Google” korporasiyası koronavirusla (COVID-19) mübarizə məqsədilə sosial məsafə tədbirlərinin effektivliyini qiymətləndirmək üçün istifadəçilərin hərəkətləri haqqında hesabatlar dərc edəcək.
“APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, “Google” tərəfindən təqdim olunacaq bu xidmət 131 ölkəni əhatə edəcək. İnsanların hərəkətləri, coğrafi məkanda baş verən tendensiyalar barədə məlumatlar şirkətin internet səhifəsində yerləşdiriləcək.
Hesabatlara insanların mağaza, aptek, park və ya ofislərə getdikləri və ya evdə qalmaqları barədə faiz dərəcəsi ilə azalıb artmasını izləmək mümkün olacaq.
Hesabatlar ölkə rəhbərlərinin pandemiya ilə əlaqəli verə biləcəkləri qərarlara kömək edəcək.