“Google” COVID-19-la mübarizə üçün insanların hərəkətləri barədə hesabatlar dərc edəcək

“Google” korporasiyası koronavirusla (COVID-19) mübarizə məqsədilə sosial məsafə tədbirlərinin effektivliyini qiymətləndirmək üçün istifadəçilərin hərəkətləri haqqında hesabatlar dərc edəcək.

APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, “Google” tərəfindən təqdim olunacaq bu xidmət 131 ölkəni əhatə edəcək. İnsanların hərəkətləri, coğrafi məkanda baş verən tendensiyalar barədə məlumatlar şirkətin internet səhifəsində yerləşdiriləcək.

Hesabatlara insanların mağaza, aptek, park və ya ofislərə getdikləri və ya evdə qalmaqları barədə faiz dərəcəsi ilə azalıb artmasını izləmək mümkün olacaq.

Hesabatlar ölkə rəhbərlərinin pandemiya ilə əlaqəli verə biləcəkləri qərarlara kömək edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir