Google Pay və Apple Pay Rusiya banklarına xidməti dayandırıb

Google Pay и Apple Pay Qərbin və ABŞ-ın sanksiyaları altına düşmüş Rusiya banklarının müştəriləri üçün ödəmə xidmətlərini dayandırıb. 

Azpost.info bildirir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

“Bu bankların müştəriləri Apple Pay, Google Pay xidmətindən istifadə edə bilməyəcəklər”.

Söhbət Rusiyanın sanksiya tətbiq edilmiş VTB, “Sovkombank”, “Novikombank”, “Promsvyazbank”, “Bank Otkrıtiya”dan gedir.

Bu kartların sahibləri önlayn ödəmələrdə, aqreqator xidmətlərində, xaricdə alış-veriş edə bilməyəcəklər.

Bununla yanaşı Litvanın Raysera ödəmə sistemi də Rusiya və Belarusdan olan müştərilərə xidmətdən imtina edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir