Goranboyda iki avtomobil toqquşub –Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəzada xəsarət alanlar 2007-ci il təvəllüdlü H.Əkbərov, 2007-ci il təvəllüdlü S.Hüseynov, 2007-ci il təvəllüdlü T.Cəfərov, 1991-ci il təvəllüdlü C.Cəfərov, 2002-il təvəllüdlü E.Abduləzimov və 2003-cü il təvəllüdlü Ü.Bəxşəliyev xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzada “VAZ 21099” markalı minik avtomobili ilə “VAZ 21011” markalı minik avtomobili toqquşub. (apa)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.