Goranboyda iki maşın toqquşub, xəsarət alan var- FOTO

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda, Meşəli kəndi ərazisində qeydə alınıb. Borsunlu kənd sakini 1992-ci il təvəllüdlü Aqşin Rüstəmovun idarə etdiyi “Shacman” markalı yük maşını ilə Xocalı rayon sakini 2002-ci il təvəllüdlü Tacir Rəcəbovun idarə etdiyi “VAZ 21015” markalı minik maşını toqquşub. Minik maşını yolunun kənarına aşıb, sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.