Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Goranboyda şagirdlər arasında baş vermiş davaya görə direktora xəbərdarlıq edilib

Orkhan Ali 06 Aprel 2024 - 15:28 (Last updated: 21 May 2025 - 20:15)
dava

“Aprelin 3-də Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin XI sinif şagirdləri arasında baş vermiş hadisə ilə bağlı bildiririk ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və onlar məktəbə çağırılıblar”.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında deyilir.

Qeyd edilib ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb: “Hazırda şagirdin səhhətində hər hansı təhlükə yoxdur. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və İdarə tərəfindən izlənilir”.

Bununla yanaşı, baş vermiş hadisə ilə əlaqədar olaraq İdarənin müvafiq əmri ilə komissiya yaradıldığı, aidiyyəti qurumlarla birlikdə araşdırma aparıldığı vurğulanıb.

Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktor vəzifəsini icra edən şəxsə xəbərdarlıq edilib.

“Məktəbin direktoruna təhsil müəssisəsində sağlam mühitin təmin olunması üçün pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət, sinif rəhbəri, Uşaq Birliyi Təşkilatı Rəhbəri və psixoloqa isə töhmət verilməsi tapşırılıb.

Eyni zamanda Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədi ilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub”, – açıqlamada vurğuanıb.

Post navigation

Previous: 8 Noyabr prospektində avtobus və velosiped zolaqları
Next: Türkiyə Tacikistanla vizasız rejimi ləğv etdi

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.