Göyçayda itkin düşən hamilə qadının meyiti su kanalında tapılıb

Göyçay rayonunda itkin düşən qadının intihar etdiyi məlum olub.

Qadının meyiti Yuxarı Şirvan kanalında aşkarlanıb.

Bu gün saat 12:30 radələrində Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Nuranə Şıxıyeva qaynına məxsus “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən Göyçay rayonu Potu kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının yanında özünü narahat hiss etdiyini və avtomobili saxlamasını istəyib. Nuranə Şıxıyeva avtomobildən düşərək naməlum istiqamətə gedib. Onun özünü Yuxarı Şirvan kanalına atdığı məlum olub. Polis əməkdaşları, FHN işçiləri və vətəndaşlar tərəfindən Yuxarı Şirvan kanalında aparılan axtarış tədbirləri zamanı onun meyiti kanala düşdüyü yerdən bir kilometr aralıda, Göyçayın Cəyirli kəndi ərazisindən tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Bir uşaq anası, ikinci uşağa hamilə olan Nuranə Şıxıyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Saakaşvilini xəstəxanaya sürüyə-sürüyə gətirdilər –

Sonrakı məqalə

Külək nəticəsində aşan şəhid məzarları tezliklə bərpa olunacaq –