Külək nəticəsində aşan şəhid məzarları tezliklə bərpa olunacaq –AÇIQLAMA

Suraxanı rayonunda Dədə Qorqud qəsəbə qəbiristanlığında külək nəticəsində dağılan şəhid məzarları tezliklə bərpa olunacaq.

Musavat.com xəbər verir ki, bunu Trend-ə Zığ bələdiyyəsinin sədri Quliyev Emil deyib.

“Həmin ərazi çox küləkli olur. Gecə baş verən güclü külək nəticəsində iki şəhid məzarında baş daşları aşıb. Məzarların bərpası ilə bağlı tədbirlər görülür. Qısa bir zaman ərzində yeni baş daşları qoyulacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə dağılan şəhid məzarlarının fotoları paylaşılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Göyçayda itkin düşən hamilə qadının meyiti su kanalında tapılıb

Sonrakı məqalə

Ötən gün ölkədə 1774 nəfər COVID-19-a yoluxub –