Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Göygöldə məişət zorakılığına qarşı mübarizə ilə bağlı tədbir keçirilib –

User 19 İyul 2024 - 18:35 (Last updated: 21 May 2025 - 20:15)
la01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “İnkişaf Təşəbbüsləri” İctimai Birliyi “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində 17.07.2024-cü il tarixdə Göygöl rayonunun Yeni Zod kəndində tədbir keçirib. Tədbirdə İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri, layihə rəhbəri Ziba Quliyeva, ekspert Şərqiyyə Dadaşova və icma üzvləri iştirak etdilər.

Layihə rəhbəri Z.Quliyeva layihənin məqsədi və donor təşkilat haqqında ətraflı məlumat verdi. Layihənin eksperti Ş.Dadaşova məişət zorakılığı və onun növləri, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli qanunu barədə geniş təqdimat etdi. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər, bu Qanunun şamil edildiyi şəxslər, məişət zorakılığı barədə şikayətlərə baxan dövlət orqanları, Məişət zorakılığı barədə şikayətlərin araşdırılması və digər maddələr barədə geniş məlumat verildi.

Tədbirdə S.Əliyeva, A.Əşrəfova və digər iştirakçılar mövzu ətrafında çıxış edərək məişət zorakılığının qarşısının alınması ilə bağlı təkliflərini bildirdilər. Mövzu ətrafında müzakirələr aparıldı. İştirakçıların sualları cavablandırıldı. İştirakçılardan İ.Hacıyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və İnkişaf Təşəbbüsləri İB-nə təşəkkür etdi. Yekunda qiymətləndirmə aparıldı.

Layihə rəhbəri Z. Quliyeva tədbirin uğurlu alınmasında dəstəyinə görə Göygöl Rayon İcra hakimiyyətinin başçısı cənab Elvin Paşayevə, Göygöl Rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimovaya minnətdarlığını bildirdi.

 

Post navigation

Previous: Seçkilərdə iştirak üçün 25 siyasi partiya MSK-ya müraciət edib
Next: Əliməmməd Nuriyev deputatlığa namizədliyini irəli sürüb –

Oxşar xəbərlər

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42

xƏBƏR

aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
Azərbaycanda kənd təsərrüfatının inkişafı yalnız torpağın becərilməsi və məhsul istehsalının artırılması ilə ölçülə bilməz. Fermerin nə qədər...
Read more about Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri
Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı usaq gezmek
  • Maraqlı

Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı

User 29 Oktyabr 2026 - 18:40
İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.