Göygöldə lüks avtomobilləri yandıran şəxs saxlanıldı –FOTO

Göygöldə 2 lüks avtomobil yandırılıb.

Bir nəfər rayon sakini “Porche” və “BMW” markalı avtomobillərə yandırıcı maddə tökərək od vurub.

Hadisə yerinə dərhal FHN və Göygöl  Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. (Qafqazinfo)

Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və Porche markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə,  dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

https://www.youtube.com/shorts/PSjutOw609c?feature=share

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.