Gözəl dəri üçün rasionunuza bu qidaları daxil edin!– TÖVSİYƏ

Qışda dərinin gözəlliyini və sağlamlığını qorumaq üçün qida rasionuna C vitamini ilə zəngin məhsullar əlavə etmək lazımdır.

Azpost.info xəbər verir ki, mütəxəssislər bu məqsədlə rasiona C vitamini və yağda həll olunan A, D, E, K vitaminləri ilə zəngin qidaları daxil etməyi tövsiyə edir. Çünki bu maddələr bədəndə elastin və kollagenin lazımi səviyyəsini saxlamağa kömək edir.

C vitamininin əsas mənbəyi kimi də giləmeyvə, meyvə, tərəvəz və göyərti göstərilir.

Mütəxəssislər deyirlər ki, qışda C vitaminini dondurulmuş meyvə və giləmeyvələrdən əldə etmək ən asanıdır. Yağda həll olunan vitaminlərlə zəngin qidalar tövsiyə edilir. Məsələn, yağlı balıq, qoz-fındıq, süd məhsulları, paxlalılar, kök, ispanaq və s.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.