“Grand Mart”da dava: satış meneceri həmkarını bıçaqladı— Məhkəmə hökm çıxardı

Grant Mart
Grant Mart

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda baş verən bıçaqlanma hadisəsi ilə bağlı hökm elan olunub. AzPost xəbər verir ki, satış meneceri Seyyid Əli həmkarı ilə mübahisə zəminində onu bıçaqlayıb.

Hadisə “Grand Mart” MMC-də baş verib. Şirkətin satış meneceri Seyyid Əli ilə satınalma meneceri Fuad Qarayev (soyadı şərtidir) arasında “Whatsapp” qrupunda məhsul çatışmazlığı ilə bağlı mübahisə düşüb. Gərgin söhbət tərəflərin 11 aprel 2024-cü ildə Xətai rayonu ərazisində görüş təyin etməsi ilə nəticələnib.

Görüş zamanı tərəflər arasında əlbəyaxa dava başlayıb. Fuad Qarayev Seyyid Əliyə yumruq və təpiklə hücum edib. Seyyid Əli isə üzərində gəzdirdiyi mətbəx bıçağı ilə həmkarının sinə və sol bud nahiyəsinə zərbə endirib.

Zərərçəkən ağır bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı Seyyid Əli saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmü ilə Seyyid Əli 3 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.