Güclü dalğa turistləri dənizin dibinə batırdı- 3 nəfər öldü

turistlər
turistlər

Dominikan Respublikasında Punta Kana kurortunun çimərliklərindən birində üç turistin cəsədi tapılıb. AzPost TVP World-a istinadla xəbər verir ki, turistlər dalğaların güclənməsi nəticəsində suya düşüb və güclü axın onları aparıb.

Xilasedicilər dənizdən iki Polşa vətəndaşının – 47 yaşlı Marcin C. və 52 yaşlı Silvia A.-nın, həmçinin adı açıqlanmayan Portuqaliyadan olan 67 yaşlı turistin cəsədlərini çıxarıblar.

Hələlik şəxsiyyəti məlum olmayan Rusiya vətəndaşı isə xilas edilərək xəstəxanaya çatdırılıb.

Dominikan mülki müdafiə nümayəndələri çimərlikdə üzgüçülük təhlükəsini göstərən qırmızı bayraqlar şəklində xəbərdarlıqların olduğunu vurğulayıblar. Hazırda polis faciənin baş vermə səbəblərini araşdırır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.