Güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək- XƏBƏRDARLIQ

İyulun 1-də şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Axşama doğru tədricən mülayimləşəcək.

Arabir yağış yağacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

İyunun 30-u gündüz şimal və qərb rayonlarından başlayaraq iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Mərkəzi-Aran rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Əvvəlki məqalə

Rusiya “Airbus” və “Boeing”i öz təyyarəsi ilə əvəzləyəcək

Sonrakı məqalə

Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb