Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Güclü külək Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünü qopardı –

User 14 Yanvar 2023 - 14:41 (Last updated: 21 May 2025 - 20:15)
cefer dam

Güclü külək Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyinin dam örtüyünü uçurub.

Azpost.info bildirir ki, hadisə yanvarın 13-ü günün ikinci yarısında baş verib. Dam örtüyü ilə yanaşı muzeyə gələn elektrik xətləri də qırılıb.

Muzeyin direktoru Həcər Rəsulova Azərtac-a bildirib ki, hadisə ilə bağlı müvafiq dövlət qurumlarına məlumat verilib. Muzeyə elektrik enerjisinin verilişi bərpa olunsa da dam örtüyünün bərpası işlərinə hələ başlanılmayıb. Yağıntılı hava olarsa muzey binasına və burada qorunan eksponatlara ciddi ziyan dəyə bilər.

Qeyd edək ki, Cəfər Cabbarlının ev-muzeyi 2019-cu ildə əsaslı təmir olunaraq yenidən qurulub. Bu muzey Cəfər Cabbarlının 2 yaşına kimi yaşadığı evin əsasında yaradılıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.

Burada qorunan eksponatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap olunan məqalələri təşkil edir. Muzeydə, ümumilikdə, 520 eksponat saxlanılır. Diqqətçəkən eksponatlar arasında Cəfər Cabbarlının körpə vaxtı yaşadığı evin kiçildilmiş maketi və anası Şahbikə xanımın gündəlik istifadə etdiyi məişət əşyaları da var. Muzeydə dahi dramaturqa məxsus mürəkkəblə yazan qələm də saxlanılır.

Post navigation

Previous: Bakıda uşaq evinin direktoruna qarşı ittiham dolu səs yazısı yayıldı –
Next: “Naxçıvanın muxtar statusuna ehtiyac yoxdur, ləğv olunacaq” –

Oxşar xəbərlər

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37

xƏBƏR

ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Təsəvvür edin: Ayın səthindəsiniz. Ətrafınız boz torpaq, qayalar və saysız-hesabsız kraterlərdir. Başınızı qaldırıb qara kosmosa baxırsınız və...
Read more about Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.