Güclü külək keçmiş Nəqliyyat Nazirliyinin binasının dam örtüyünü qopardı –

FOTO
06 Fevral 2020 - 20:25

Hazırda paytaxtda müşahidə olunan güclü külək keçmiş Nəqliyyat Nazirliyinin binasının dam örtüyünü qoparıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a faktı təsdiqləyib.
O, həmçinin, qeyd edib ki, bu səbəbdən də Tbilisi prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb: “Çünki dam örtüyünün qalan hissəsi də qopmaq üzrədir. Sürücülərdən diqqətli olmaları xahiş edilir”.