Güləşçimiz Həsrət Cəfərov bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

67 kq çəki dərəcəsində yer alan təmsilçimiz bürünc medal uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Həsrət fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Qeyd edək ki, bu, güləşçilərimizin Olimpiadada ilk medalı olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.