Gülər Əhmədovanın oğlu saxlanıldı –"Bandotdel" xüsusi əməliyyat keçirdi, cinayət işi başladıldı

C

Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub.

“Report”un xəbərinə görə, hadisə fevralın 9-da, Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMWmarkalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Xatırladaq ki, T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sürücülük vəsiqəsi imtahanı ilə bağlı yeniliklər

Sonrakı məqalə

Bakıda məktəblilərə qarşı quldurluq edən qardaşlar tutulub