Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.

Bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.

Gültəkin Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə saxlanılaraq Arnavutköy Geri Göndərmə Mərkəzinə gətirilib.

3 gün öncə isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.