Hər bir insanın fərqli yuxu norması var. Bu yaş və fəaliyyət səviyyəsindən, həmçinin ümumi sağlamlıq və həyat tərzindən asılıdır. Stress və ya xəstəlik dövrlərində yuxuya ehtiyacınız arta bilər. Mütəxəssislər ümumiyyətlə böyüklərə hər gecə 7-8 saat yatmağı tövsiyə edir.
İnsanlar niyə çox yatırlar?
Səbəblər fərqli ola bilər. Məsələn, hipersomniya tibbi pozğunluğu olan insanlar gün ərzində həddindən artıq yuxululuqdan əziyyət çəkirlər və gecələr normaldan daha çox yatırlar. Hipersomniyadan əziyyət çəkən bir çox insan, demək olar ki, daimi yuxu ehtiyacı nəticəsində narahatlıq, aşağı enerji və yaddaş problemlərinin əlamətlərini yaşayır.
Yuxu apnesi insanların yuxu zamanı tənəffüsün müvəqqəti dayandığı bir xəstəlikdir. Bu, yuxuya olan ehtiyacın artmasına da səbəb ola bilər, çünki onun normal dövrünü pozur.
Təbii ki, çox yatan hər kəsin sağlamlıq problemi olmur. Çox yatmaq spirt və ya müəyyən dərmanların istifadəsi ilə əlaqədar ola bilər.
Niyə çox yatmaq pisdir?
Çox yatmağın yaratdığı bir neçə riski sizə təqdim edirik:
Diabet. Tədqiqatlar göstərir ki, hər gecə çox yatmaq və ya kifayət qədər yatmamaq şəkərli diabetin inkişaf riskini artıra bilər.
Piylənmə. Çox və ya az yuxu artıq çəki ilə əlaqələndirilə bilər. 7-8 saatdan çox yatan insanlardan 21% daha çox piylənmə ehtimalı olur.
Baş ağrısı. Normadan çox yatan insanlar tez-tez baş ağrılarından əziyyət çəkirlər. Tədqiqatçılar hesab edirlər ki, bu, həddindən artıq yuxunun beyindəki müəyyən neyromediatorla təsiri ilə bağlıdır.
Bel ağrısı. Fiziki fəaliyyətin olmaması bel ağrısına səbəb olur.
Depressiya. Depressiyadan əziyyət çəkən insanların təxminən 15%-i çox yatır. Bu da öz növbəsində psixoloji vəziyyəti ağırlaşdıra bilər. Baxmayaraq ki, səbəb-nəticənin müəyyən bir pis dairəsi var.
Ürək xəstəliyi. Araşdırmaya görə, 72.000 qadının məlumatlarının təhlili göstərib ki, gecə 9-11 saat yatan qızlarda 8 saat yatan qadınlara nisbətən ürək-damar xəstəliklərinə tutulma ehtimalı 38% çoxdur. Bununla belə, tədqiqatçılar həddindən artıq yuxu ilə ürək xəstəlikləri arasındakı əlaqənin səbəbini hələ müəyyənləşdirə bilməyiblər.
8-9 saatdan çox yatmaq normaldır?
Xəstəlik və ya aktiv fiziki fəaliyyətdən sonra normadan çox- yəni gündə 7-8 saatdan çox yatmaq normaldır. Lakin əgər orta hesabla daha çox yatırsınızsa, bu halda mütəxəssisə müraciət etmək lazımdır.
Azpost.info