Bir adamın gündə üç dəfə yemək yeməsi məsləhətdir.
Azpost.info bildirir ki, bu barədə Bu barədə dietoloq Tatyana Zabalueva “Belarus Today” a bildirib.
O deyib ki, zəruri hallarda , məsələn, səhər yeməyi və nahar arasında qəlyanaltı eləmək olar.
Mütəxəssisin sözlərinə görə, səhər yeməyi səhər saat 7-dən 9-a qədər, nahar saat 12-dən 14-ə qədər, axşam yeməyi isə 17-dən 19-a kimi olmalıdır.
“Eyni zamanda, səhər yeməyi və nahar arasında qəlyanaltı əlavə edə bilərsiniz. Meyvə və ya faydalı şirniyyatlar yeyə bilərsiniz. Əgər nahar və axşam yeməyi arasında qəlyanaltı yemək istəyirsinizsə, o zaman qida çox yüngül və zülalla zəngin olmalıdır” -, deyə qidalanma mütəxəssisi əlavə edib.
Onun fikrincə, yalnız bir cür qəlyanaltı olmalı və tərkibinə karbohidrat olmamalıdır. Yağlı qidalar da tövsiyə edilmir.
Zabaluevanın həmkarı, nutritionist Kseniya Çernaya öz növbəsində qeyd edib ki, müntəzəm şəkildə gec yeyilən səhər yeməyi bədəndə çatışmazlıqlara səbəb ola bilər. Mütəxəssis qeyd edib ki, mədə-bağırsaq traktı öz funksiyalarının öhdəsindən daha pis gələcək və orqanizm kifayət qədər lazımi mikroelementləri qəbul etməyəcək.
Azpost.info