Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin Kiyevə hücumlarla nüfuzunu bərpa etməyə çalışır –

User 06 Avqust 2026 - 13:15 (Last updated: 06 Avqust 2026 - 11:11)
putin

Rusiyanın son günlər Kiyevə endirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı hücumları təkcə hərbi əməliyyat kimi deyil, həm də Kremlin zəifləyən siyasi imicini bərpa etmək cəhdi kimi qiymətləndirilir.

Bu barədə Sky News telekanalının Moskva müxbiri Ayvor Bennet və hərbi ekspertlərin təhlilinə istinadən məlumat yayılıb.

Məlumata görə, son həftələr Ukraynanın Rusiyanın dərin arxa cəbhəsində həyata keçirdiyi uzaqmənzilli zərbələr Moskvanın iqtisadiyyatına və hakimiyyətin nüfuzuna ciddi təsir göstərib.

Təhlildə qeyd olunur ki, neft emalı zavodlarına hücumlar bəzi bölgələrdə yanacaq qıtlığı yaradıb, yanacaqdoldurma məntəqələrində uzun növbələrə səbəb olub. Bundan başqa, Rusiyanın iri onlayn ticarət platforması Wildberries-in logistika mərkəzlərinə zərbələr istehlak zəncirinə təsir göstərib.

Materialda Moskvanın elit restoranlarından birində baş vermiş partlayışın da ölkə rəhbərliyi üzərində təzyiqi artırdığı vurğulanır.

Sky News-un Moskva müxbiri Ayvor Bennetin fikrincə, Vladimir Putinin siyasi imici uzun illər ölkə daxilində təhlükəsizliyi təmin edən lider obrazı üzərində qurulub. Lakin son hadisələr bu təsəvvürü zəiflədir və Kreml bunu Ukraynaya qarşı daha sərt hücumlarla kompensasiya etməyə çalışır.

Britaniyalı hərbi analitik Maykl Klark isə bildirib ki, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemində ballistik raketlərə qarşı sursat çatışmazlığından istifadə edir.

Onun sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatlarını effektiv şəkildə zərərsizləşdirə bilsə də, ballistik raketlərə, o cümlədən Şimali Koreya istehsalı olan KN-23 raketlərinə qarşı imkanları məhduddur. Bu səbəbdən Rusiya əsasən kifayət qədər müdafiə olunmayan hədəflərə zərbələr endirməyə çalışır.

Təhlildə həmçinin bildirilir ki, Kreml Ukraynanı qarşıdakı qış mövsümündə daha ağır vəziyyətə salmağı və müdafiə imkanlarını zəiflətməyi hədəfləyir.

Eyni zamanda The Wall Street Journal yazır ki, Vladimir Putin quru qoşunlarının uğurlarının məhdud qalması fonunda hərbi komandanlıqda geniş kadr dəyişiklikləri aparıb və pilotsuz uçuş aparatlarının tətbiqinə cavabdeh yeni struktur yaradıb.

Bununla belə, Black Bird Group tədqiqat qrupu və Karnegi Fondunun eksperti Maykl Kofmanın qiymətləndirməsinə görə, Rusiya ordusunun şərq cəbhəsində, xüsusilə Slavyansk və Kramatorsk istiqamətində irəliləyiş tempi son illərin ən aşağı səviyyəsinə enib.

Ekspertlər hesab edirlər ki, hər iki tərəf artıq əsas diqqəti cəbhə xəttindən daha çox qarşı tərəfin dərin arxa cəbhəsinə endirilən zərbələrə yönəldib. Bununla belə, analitiklərin fikrincə, hava hücumları təkbaşına döyüş meydanındakı ümumi vəziyyəti köklü şəkildə dəyişmək üçün kifayət etməyə bilər.

AzPost.az

Post navigation

Previous: Gündə neçə fincan qəhvə içmək təhlükəsizdir? –
Next: iPhone nə üçün illərlə sürətli işləyir? –

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
1926-cı ildə verdiyi müsahibədə məşhur mühəndis və fizik Nikola Tesla smartfonların meydana çıxacağını heyrətamiz dəqiqliklə proqnozlaşdırıb. O,...
Read more about Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı az abs ermeni
  • Baş Yazı

Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı

User 07 Noyabr 2026 - 10:11
Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.