Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Araşdırma

Günə pozitiv başlamaq üçün nə etməli?

Orkhan Ali 08 Fevral 2026 - 09:29 (Last updated: 08 Fevral 2026 - 10:27)
Pozitiv

Pozitiv

Hər gün yenidən başlayan bir macəradır və bu macəranın istiqaməti günün ilk saatlarında formalaşır. Günə pozitiv başlamaq ün mühümdür, çünki bu, bütün gün boyu motivasiyanızı, enerjinizi və hətta mövcud çətinliklərə yanaşma tərzinizi dəyişdirə bilər. AzPost pozitiv günə başlamağın bir neçə effektiv yolunu təqdim edir:

1. Sübh tezdən rahat oyanmaq

Pozitiv günə başlamaq üçün rahat və stressiz bir oyanma çox önəmlidir. Həddən artıq gec yatmaq sübh oyananda yorğunluq hissi yarada bilər. Bu səbəbdən 7-8 saat keyfiyyətli yuxu almaq vacibdir.

2. Minnətdarlıq praktikası
Həyatınızdakı kiçik, amma dəyərli şeylərə minnətdarlıq bildirmək pozitiv enerjinizi artıra bilər. Günə başlayanda 3 şey düşünün ki, onlar üçün minnətdarsınız.

3. Gülmək və ya gülümsmək
Gülmək insan beyninin endorfin hormonu ifraz etməsinə yardımcı olur. Bu da stresi azaldır və özünü xoşbəxt hiss etməyinizə kömək edir.

4. Fiziki aktivliklə günə başlamaq
Yüngül idman hərəkətləri, yoqa və ya səhər gəzişi beyini oyanıq saxlayır, qan dövranını sürətləndirir və enerji verir.

5. Pozitiv şüarlar səsləndirmək
“Bu gün möhtəşəm olacaq”, “Mən güclüyəm və bütün çətinliklərin öhdəsindən gələ bilərəm” kimi ifadələr beyininizi pozitiv rejimə keçirir.

6. Faydalı və ləzzətli səhər yeməyi
Sağlam və balanslı bir səhər yeməyi gündəlik enerjinizi artıracaq. Protein, meyvə və lifli qidaları daxil edin.

7. Gündəlik hədəflərinizi müyyən edin
Günü planlamaq və realistik hədəflər qoymaq, qarışıqlıq hissini azaltmaqla yanaşı, motivasiyanı da artırır.

Pozitiv günə başlamaq sizə daha xoş və səmərəli bir gün keçirməyiniz üçün kömək edəcək. Bu sadə addımlarla öz gününüzü müəyyən dərəcədə idarə edə bilər və özünü daha xoşbəxt hiss edə bilərsiniz!

AzPost.az

Post navigation

Previous: Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib
Next: Leyla Əliyeva və Alena Əliyeva Şah Abbas məscidini ziyarət ediblər

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

DIN
  • Sosial

Azərbaycanda bir gündə axtarışda olan 130 nəfər tutuldu

User 13 Noyabr 2026 - 10:12
Azərbaycanda polis əməkdaşları noyabrın 12-də cinayətkarlığa qarşı mübarizə tədbirlərini davam etdirib. Gün ərzində cinayət törətməkdə şübhəli bilinən...
Read more about Azərbaycanda bir gündə axtarışda olan 130 nəfər tutuldu
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur zelenski uitkof kusner
  • Dünya

Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur

User 13 Noyabr 2026 - 09:26
MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR menzil
  • Baş Yazı

MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR

User 13 Noyabr 2026 - 09:22
Yuxu rejiminiz pozulubsa, bu problemlərlə üzləşə bilərsiniz Yuxusuzluq
  • Maraqlı

Yuxu rejiminiz pozulubsa, bu problemlərlə üzləşə bilərsiniz

User 13 Noyabr 2026 - 09:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.