Hesablama Palatası məhkəməyə verilməsi ilə bağlı Azpost.info-da yayılan xəbərə münasibətini açıqlayıb.
Hesablama Palatasından saytımıza verilən məlumata görə, xəbərdə adı çəkilən Mustafazadə Günel Yalçın qızı adlı şəxs heç vaxt Hesablama Palatasıda işləməyib və buna görə də işdən azad olunmayıb.
“Qeyd edək ki, Günel Yasin qızı Mustafazadə Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin Beynəlxalq fəaliyyət sektorunun məsləhətçisi vəzifəsi üzrə 01 mart 2023 tarixində keçirilmiş müsahibədə iştirak edib”-deyə açıqlamada bildirilir.
Qeyd edək ki, iddiaçı Mustafazadə Günel Yalçın qızı Bakı İnzibati Məhkəməsində Hesablama Palatasına qarşı iddia qaldırıb. O, işdən çıxarılmasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət edərək işə bərpa olunmasını istəyib.
Hesablama Palatası 7 dekabr 2001-ci ildən fəaliyyət göstərir.
Azpost.info