Astrofiziklər planetimizi təsiri altına alan maqnit qasırğasının günün ikinci yarısında daha da güclənə biləcəyini açıqlayıblar. AzPost xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKİ) və Kosmik Fizika İnstitutunun (İСЭФ) mütəxəssisləri prosesin hazırda “yumşaq ssenari” üzrə davam etdiyini bildiriblər.
Onların sözlərinə görə, gecə saatlarında başlayan qasırğa əvvəlcə G2 – orta səviyyəli fırtına kimi qeydə alınıb, daha sonra zəifləyərək G1 kateqoriyasına enib. Lakin hazırda Yerin maqnitosferası hələ də aktiv qaldığı üçün vəziyyətin dəyişməsi ehtimalı yüksəkdir.
Alimlər təxmin edir ki, günün ikinci yarısında qasırğa G3 səviyyəsinə – güclü maqnit fırtınasına çata bilər. Bu isə həm texnoloji sistemlərə, həm də insanların sağlamlığına təsir göstərə biləcək.
Mütəxəssislərin proqnozuna görə, Yerin maqnit sahəsindəki bu dəyişikliklər ən azı bir gün davam edəcək. Bununla yanaşı, bəzi bölgələrdə nadir rast gəlinən təbii hadisə – şimal işıqlarını görmək mümkün ola bilər.