Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Günəş Avropada ən böyük elektrik enerjisi mənbəyinə çevrilib

User 10 İyul 2025 - 19:00 (Last updated: 10 İyul 2025 - 18:19)
gunes stani

Günəş enerjisi ilk dəfə Aİ ölkələrində ən böyük elektrik enerjisi mənbəyinə çevrilib. İyun ayında bu mənbə Aİ-nin elektrik enerjisinin 22,1 faizini, nüvə stansiyaları – 21,8 faizini, külək enerjisi isə 15,8 faizini istehsal edib. İyun ayında Aİ-nin elektrik balansında kömürün payı tarixdə ən aşağı səviyyəyə – 6,1 faizə düşüb.

Günəş enerjisi nüvə və külək mənbələrini qabaqlayaraq ilk dəfə Avropa İttifaqında ən böyük elektrik enerjisi mənbəyinə çevrilib, – deyə “Reuters” agentliyi “Ember” analitik mərkəzinin məlumatlarına əsasən bildirir.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, iyun ayında rekord günəş aktivliyi və günəş elektrik stansiyalarının davamlı quraşdırılması sayəsində günəş panelləri cəmi 45,4 teravatt-saat (TV.s) elektrik enerjisi istehsal edib. Ən azından Aİ-nin 13 ölkəsi, o cümlədən Almaniya, İspaniya və Niderlandda günəş enerjisi istehsalının ən yüksək aylıq həcmi qeydə alınıb.

İyun ayında Aİ-nin kömürlə işləyən elektrik enerjisinin demək olar ki, 80 faizini birlikdə istehsal edən Almaniya və Polşa rekord dərəcədə aşağı aylıq hasilat əldə ediblər. Kömür Almaniyanın elektrik enerjisi istehsalının 12,4 faizini, Polşada isə 42,9 faizini təşkil edib.

İyun ayında rekord günəş və külək enerjisi istehsalına baxmayaraq, 2025-ci ilin birinci yarısında Aİ-nin qazıntı yanacaq istehlakı illik müqayisədə 13 faiz artıb. Bu, ilin əvvəlində zəif su və külək enerji hasilatını kompensasiya etmək üçün qazla işləyən elektrik enerjisi istehsalında 19 faizlik artımla bağlıdır.

“Günəş enerjisi, ona ən çox ehtiyac duyulduqda, məhz yay isti dalğaları və pik tələbat zamanı artır”, – deyə “Ember”in enerji üzrə analitiki Kris Rosslou qeyd edib. Avropa enerji şəbəkəsi üçün növbəti məsələ – günəşli olmayan saatlarda qazıntı yanacaqdan asılılığı azaltmaq üçün akkumulyator batareyalarında enerjini saxlama imkanlarını genişləndirməkdir, – deyə “Ember” analitikləri qeyd ediblər.

Azərbaycanda günəş elektrik stansiyaları fəal inkişaf edir. Onlardan ən böyüyü olan Qaradağ günəş elektrik stansiyası Ələt kəndi yaxınlığında yerləşir. O, 230 MVt gücündədir və 110 minə yaxın evi elektrik enerjisi ilə təmin edir. Bir sıra rayonlarda da günəş elektrik stansiyaları tikilir.

AzPost.az

Post navigation

Previous: ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı iddia olunan təklifə münasibət
Next: Almaniya “Patriot”ları Ukraynaya göndərməyə hazırdır

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış “YouTube” kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi...
Read more about Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı
Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu? oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib gemi zerbe
  • Sosial

Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib

User 15 Noyabr 2026 - 14:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.