Gürcü müxalifəti yenə küçələrə çıxdı –

Etiraz aksiyaları bərpa olundu
28 Noyabr 2019 - 10:19

Gürcüstan müxalifəti parlament binası qarşısında keçirdiyi etiraz aksiyasını bərpa edib.

Səhər saatlarından parlament binasının yerləşdiyi Rustaveli prospektinə toplanan müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarının tərəfdarları qanunverici orqanı yenidən bloklayacaqlarını açıqlayıblar. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və parlamentin bütün giriş nöqtələri polisin nəzarətindədir. 

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin payız sessiyasının növbəti iclasının keçirilməsi planlaşdırılıb. (APA)