Gürcü müxalifəti yenə küçələrə çıxdı –Etiraz aksiyaları bərpa olundu

Gürcüstan müxalifəti parlament binası qarşısında keçirdiyi etiraz aksiyasını bərpa edib.

Səhər saatlarından parlament binasının yerləşdiyi Rustaveli prospektinə toplanan müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarının tərəfdarları qanunverici orqanı yenidən bloklayacaqlarını açıqlayıblar. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və parlamentin bütün giriş nöqtələri polisin nəzarətindədir. 

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin payız sessiyasının növbəti iclasının keçirilməsi planlaşdırılıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bələdiyyə seçkisində 13 partiya və 42 mindən çox namizəd mübarizə aparacaq –

Sonrakı məqalə

Siyavuş Novruzov təsdiqlədi –