Gürcüstan ABŞ ilə münasibətləri təmiz səhifədən bərpa etmək istəyir

Kobaxidze
Kobaxidze

Gürcüstan hökuməti ABŞ ilə münasibətləri “təmiz səhifə”dən və konkret “yol xəritəsi” əsasında bərpa etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

“Biz ABŞ ilə münasibətləri “təmiz səhifədən” və konkret “yol xəritəsi” ilə bərpa etmək niyyətimizi açıq şəkildə bəyan etmişik. Əsas məsələ odur ki, bu istiqamətdə real və səmərəli addımlar atılsın. Belə yanaşma münasibətlərin yenidən başlanmasına xidmət edir. Biz səbirlə ABŞ tərəfinin mövqeyini gözləyəcəyik”, – deyə Kobaxidze vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.