“Gürcüstan Aİ-yə üzv olsa, xarici agentlər haqqında qanuna yenidən baxılacaq”- Qaribaşvili

“Gürcüstan Avropa İttifaqına qəbul olunarsa, xarici agentlər haqqında qanuna yenidən baxılacaq”.

Azpost.info xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Qaribaşvili bildirib.

“Əgər desələr ki, sabah biz Avropa İttifaqına üzv olacağıq, o zaman xarici agentlər haqqında qanunu ləğv etmək, ona yenidən baxmaq və ya yenisini qəbul etmək çox asan olacaq”, – o deyib.

Qaribaşvili eyni zamanda ölkənin Aİ-yə qəbul üçün hələ hazır olmadığını qeyd edib.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel hesab ki, xarici agentlər haqqında qanun layihəsi Gürcüstanın Aİ-yə üzv olmaq istəyi ilə bir araya sığmır. O, bu barədə Tbilisi küçələrində bu qanun layihəsinin parlamentdə müzakirəsi ilə bağlı etirazların davam etdiyi bir vaxtda açıqlama vermişdi.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.