Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırdı- Qrantlardan imtina etdi

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqların başlanmasına dair Avropa İttifaqı (Aİ) ilə müzakirələri dayandırır.

Azpost.info xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze brifinqdə bildirib.

“2028-ci ilə qədər danışıqların başlanması məsələsini gündəmə gətirməmək qərarına gəldik. Biz həmçinin 2028-ci ilə qədər Aİ-nin bütün qrantlarından imtina edirik. Gürcüstan avropalı bürokratlara göstərməlidir ki, ona şantaj və təhqirlə deyil, ləyaqətlə yanaşmaq lazımdır. Aİ danışıqların başlanması mövzusundan manipulyasiya vasitəsi kimi istifadə edərək Gürcüstanın nüfuzuna xələl gətirib. Ona görə də hakim partiyanın qəbul etdiyi qərar bu zərərin qarşısını alacaq”, – Kobaxidze deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.