Gürcüstan Azərbaycanla sərhədi 2 həftəlik qismən bağladı –Gediş-gəliş müvəqqəti məhdudlaşdırıldı

Gürcüstan Azərbaycana quru yolla gediş-gəlişə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Bu barədə “Report”a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, məhdudiyyətin iki həftə ərzində qüvvədə olacağı nəzərdə tutulub.

Səfirlikdən həm də bildirilib ki, hazırda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilən şəxslər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələ məlumat alınmayıb.

Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan 50 yaşlı Gürcüstan vətəndaşında təsdiq olunub. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağcabədidə kirpi ovuna gedənlər dalaşdı –

Sonrakı məqalə

2020-ci ilin ən etibarsız 10 avtomobili hansılardır? –